“Turistlər qızlarımızı pulla yoldan çıxarır” - Deputat


13:01     03 May 2019 19_05_03_1556874159.jpg


“Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Ölkəmizə gəlirlər, pulla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.


Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.

Deputat xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilsə də, sonradan buna dəyişiklik edildi: "Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində hostel təşkil etməyə icazə verdilər. Hostelin girişi ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.

Femida.az

Açar sözlər: #deputat   #turist  

Oxunub: 1026