Avstraliyalı deputatlar Gəncədə


21:49     30 Oktyabr 2015 DSC-4477.jpg

Parlament seçkilərini izləmək üçün Azərbaycanda gələn Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Gəncəyə səfər ediblər.


APA-nın verdiyi məlumata görə, qonaqlar əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

Onlara Gəncənin tarixi, mədəniyyəti, iqtisadiyyatı və sənaye sahələri barədə məlumat verilib. Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Lyuk Simpkins Gəncəyə ilk dəfə gəldiyini deyib. O, Gəncənin ölkənin əsas sənaye şəhərlərindən biri olması onların diqqətin cəlb etdiyini vurğulayıb. L. Simpkins gələcəkdə bir neçə sahə üzrə əməkdaşlıq əlaqələrinin yaradılacağını istisna etməyib.

Sonra nümayəndə heyətinin üzvləri şəhərlə tanış olublar.

Açar sözlər:

Oxunub: 1093


Oxşar xəbərlər