Azərbaycanda daha bir mötəbər yarış keçiriləcək


18:39     03 May 2019 2019/05/gimnastika_1556889058.jpeg

Aerobika üzrə 2020-ci il dünya çempionatı Azərbaycanda keçiriləcək.

Femida.az Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında qəbul olunub.

Yarış 14 – 16 mayda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Toplantıda FIG-in rəhbər postuna seçkilərin 23 – 25 oktybar 2020-ci ildə Türkiyənin Antalya şəhərində keçirilməsinə qərar verilib. Orada qurumun yeni prezidenti və vitse-prezidentləri bəlli olacaq. FIG-in hazırkı prezidenti yaponiyalı Morinari Vatanabe 2016-cı ildə bu vəzifəyə seçilib.

Daha bir yenilik bundan sonra idmançıların formalarında milli federasiyaların loqolarının əksini tapması ilə bağlıdır. Formada həmçinin ölkənin bayrağı və adı olmalıdır.

FİG-in Həmrəylik Fondu yeni proqram əsasında inkişafda olan milli federasiyaları geyim dəstləri ilə təmin edəcək.

Xatırladaq ki, bu il 24 – 26 mayda Bakıda aerobika üzrə Avropa çempionatı təşkil ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 451