Pivə üstündə dava düşdü - Qadın ağır yaralandı


20:10     04 May 2019 19_05_04_1556986378.jpg

Sumqayıt şəhərində kütləvi dava baş verib.

Dava Niyazi küçəsində fəaliyyət göstərən Yaşar adlı şəxsə məxsus kafedə iki qrup arasında olub.

Hadisəyə pivənin pulunun verilməməsi səbəb olub. Dava zamanı kafenin infrastrukturuna ziyan dəyib, bir qadın xadimə isə ağır xəsarət alıb.

Əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda davaya səbəb olanların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 475


Oxşar xəbərlər