Magistr olmaq istəyənlərin nəzərinə!
09:21 07 May 2019
Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) Femida.az-a verilən məlumata görə, bakalavrlar günün sonunadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.
Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 7-si saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.
Femida.az
Oxunub: 279
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
- Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
- Magistraturaya sənəd qəbulu başa çatıb
- Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
- Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
- Magistraturaya qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb
- Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb
- Magistraturada yekun dövlət attestasiyası keçiriləcək
- Magistratura imtahanının ikinci cəhdi üçün qeydiyyat yekunlaşır