Təhsil müəssiəsəsi açmaq istəyənlər - Qeydiyyat 20 min manat oldu
11:28 07 May 2019
Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib.
Femida.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin İqtisadiyyat syiasət, smənaye və sahibkarlıq komitəsinini iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əlavə edilən 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumu tutulacaq.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Femida.az
Oxunub: 1021
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM