Qəzaya düşən jurnalisti aparan təcili yardım aşdı -Tanınmış aparıcı öldü
16:20 07 May 2019
Dağıstanlı jurnalist və “MTV-Stolitsa” telekanalının aparıcısı Tamilla Abdullayeva Mahaçqala şəhərində yol qəzasında dünyasını dəyişib.
Femida.az xəbər verir ki, bu barədə yerli “Çernovik” qəzetinin “Telegram” kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, aparıcı iki dəfə qəza keçirib. Birinci qəzadan sonra Abdullayeva üçün təcili yardım maşını gəlib. Aparıcı xəstəxanaya aparılarkən təcili yardım maşını da başqa bir avtomobillə toqquşub. Aldığı zərbələrdən jurnalist hadisə yerində dünyasını dəyişib.
Abdullayeva MTV telekanalının “Stolitsa” media holdinqində baş redaktor, həmçinin, kanalın aparıcısı vəzifəsində çalışırdı.
Bundan başqa, jurnalistin “Instagram” səhifəsində qeyd edilir ki, o, Moskvada “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyində radiojurnalistikanı tədris edirdi.
Oxunub: 975
Oxşar xəbərlər
- Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
- Qəzaya uğrayan turist qopmuş əlini xəstəxanaya gətirdi
- Qəzaya düşən döyüş təyyarəsinin pilotlarının meyiti tapıldı
- Qəzaya uğrayan maşının sürücüsünü FHN xilas etdi
- Qəzaya uğrayan təyyarə pilotlarının son sözləri: Qara qutulardakı SƏSLƏR– VİDEO
- Qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı
- Qəzaya uğrayan hərbi təyyarəmizin bəzi hissələri sudan çıxarılıb
- Qəzaya düşən sürücü xəstəxanada ölüb
- Qəzaya uğrayan yük gəmisi ilə bağlı FHN-dən açıqlama
- Qəzaya düşən şəxs xəstəxanada ölüb