Deputat istəyinə nail oldu: “Popkorn” satıcısı keçiddən çıxarıldı
11:40 08 May 2019
"Dünən axşam "Azneft" meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq ki, nə qədər müddət davam edəcək".
Femida.az xəbər verir ki, bunu "Facebook" hesabında deputat Rasim Musabəyov yazıb. O bildirib ki, bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir.
"Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər. Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın"-, deyə deputat vurğulayıb.
Qeyd edək ki, deputat Rasim Musabəyov "Facebook"da yazdığı son statuslara görə sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.
Femida.az
Oxunub: 801
Oxşar xəbərlər
- Deputatların maaşı artırılır
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər
- Deputat şəhidlərin bacı və qardaşlarına müavinət verilməsini təklif edib
- Deputat: "Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz"
- Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır- DİN
- Deputata yeni vəzifə verildi
- Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək
- Deputatlar bu gün toplaşır - 9 məsələ müzakirə ediləcək
- Deputat ağacəkmə kampaniyası təşkil etdi