Qaynı tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib


10:38     12 May 2019 xestexana_01888.jpg

Zaqatalada 35 yaşlı qadın qaynı tərəfindən döyülüb.

Rayonun Qandax kənd sakini, 1984-cü il təvəllüdlü Esmira Şirin qızı Bayramova bədənin müxtəlif nahiyyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan ONA-ya bildirilib ki, müayinə zamanı E.Bayramova qaynı
tərəfindən döyüldüyünü bildirib.

E.Bayramovanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 351