Texasda insident: 9 ölü


15:40     18 May 2015 atışma%20femida8.jpg

Mayın 17-də ABŞ-ın Texas ştatının Ueyko şəhərində bayker (motosikletçi) dəstələri arasında baş verən münaqişə zamanı 9 nəfər ölüb, 17 nəfər yaralanıb.


Bu barədə Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Hadisə ticarət mərkəzinin restoranlarından birində başlayıb, daha sonra avtomobillər üçün park yerində davam edib. Kütləvi qarşıdurmada tərəflər zəncirlər, dəyənəklər, bıçaq və odlu silahdan istifadə edib. Səkkiz nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Bir neçə nəfər saxlanılıb.

Polis baykerlərin görüşü barədə əvvəldən məlumatlı olub və restoranda mövqe tutub, lakin atışmanın qarşısını vaxtında ala bilməyib.

Açar sözlər:

Oxunub: 560