Dövlət qurumları bu avtomobilləri ucuz qiymətə satır - ELAN


11:10     14 May 2019 19_05_14_1557817853.jpg

Baş prokurorluq, Statistika Komitəsi və iki nazirlik balansında olan bəzi avtomobilləri satışa təqdim edib.


Femida.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bu məqsədlə 11 iyun tarixində keçirəcəyi avtomobil hərracına ümumilikdə 14 avtomobil təqdim edilib.

Onlardan 8-i Daxili İşlər Nazirliyinə, 2-si Statistika Komitəsinə, 3-ü Baş prokurorluğa, 1-i isə Təhsil Nazirliyinə məxsusdur.

DİN-in hərraca çıxardığı avtomobillər arasında yük maşınları da var. “Kamaz”, “Ural”, “Zil” markalı avtomobillərdən başqa DİN auksiona UAZ və VAZ avtomobilləri də təqdim edib.

Baş prokurorluq hərraca 3 ədəd “Volksvagen Passat”, Statistika Komitəsi 2 ədəd VAZ, Təhsil Nazirliyi isə 1990-cı il istehsalı olan MTZ-80 avtomobili təqdim edib.

Hərracın ən bahalı maşını Baş Prokurorluğun “Volksvagen Passat”ıdır ki, onun da qiyməti cəmi 7500 manatdır.

Açar sözlər:

Oxunub: 461