Bakıda qəribə hadisə: Ərinin pulunu xərcləyib,polisə oğurlandığını dedi


11:45     14 May 2019 19_05_14_1557820053.jpg

Binə qəsəbə sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. 2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Açar sözlər:

Oxunub: 804