Sürücüdən insanlığa sığmayan hərəkət: Adam öldürüb...
11:31 15 May 2019
Beyləqan rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Femida.az-ın verdiyi xəbərə görə, hadisə mayın 14-ü səhər saat 5 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunda qeydə alınıb.
Nömrəsi və markası bəlli olmayan avtomobil yolu keçən piyada Ağcəbədi rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Məhərrəm Şaumyan oğlunu vuraraq hadisə yerindən qaçıb, piyada M.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 400