Deputatın bağlatdırdığı "popkorn aparatları" yenidən açıldı - FOTO
15:17 16 May 2019
Deputat Rasim Musabəyovun sosial şəbəkələrdə yazdığı statusdan sonra bağlanan "popkorn aparatları" yenidən açılıb.
Femida.az xəbər verir ki, dünəndən etibarən keçidlərdə "popkorn aparatları" yenidən fəaliyyətə başlayıb.
Sadəcə dəyişiklik satıcılar arasında olub. Belə ki, satıcı kimi orta və yaşlı insanlar işə qəbul edilib.
Xatırladaq ki, deputat Rasim Musabəyov "popkorn satan uşaq haqda bu sözləri yazmışdı: "Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popcorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.
Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu.
Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın".
Oxunub: 513
Oxşar xəbərlər
- Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır- DİN
- Deputatın qardaşı oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
- Deputatın qardaşı oğlunun cinayət işi ilə bağlı Baş Prokurorluqdan açıqlama
- Deputatın əmisiqızı koronavirusdan öldü
- Deputatın oğlu və qardaşı oğlu haqda həbs qətimkan seçildi - RƏSMİ
- Deputatın oğlu saxlanıldı - Lerikdəki insidentə görə
- Deputatın oğlu qəza törədib: Ölənlər var
- Deputatın oğlu Türkiyədə qəzaya düşüb
- Deputatın oğlu dəfn edildi
- Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə bağlı YENİ MƏLUMATLAR