Prezidentdən dövlət qulluğu ilə bağlı FƏRMAN
20:30 16 May 2019
Prezident İlham Əliyev "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Femida.az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Femida.az
Oxunub: 1197
Oxşar xəbərlər
- Putin mühüm fərman imzaladı
- Prezident Fərman imzaladı
- Prezident mühüm Fərman imzaladı
- Prezident İlham Əliyev dövlət vəsaiti hesabına inşa edilmiş evlərlə bağlı fərman imzalayıb
- Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb
- Putin dost olmayan ölkələrə qazın rublla satılması haqqında fərman imzalayıb
- Prezident xarici pasportla bağlı FƏRMAN İMZALADI
- Prezidentdən kirayə mənzillərlə bağlı FƏRMAN - Bu qayda LƏĞV OLUNDU
- Prezident Fərman İmzaladı
- Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb