“Air France” Sinay üzərindən uçuşları dayandırdı


03:22     01 Noyabr 2015 france.jpg

Air France aviaşirkəti Rusiyaya məxsus sərnişin təyyarəsi Misirdə qəzaya uğradıqdan sonra təhlükəsizlik baxımından Sinay yarımadası üzərindən uçuşları dayandırıb.


APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin təyyarəsini vurduğunu iddia edərək buna görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı bildirilir.

Rusiya və Misirin rəsmi qurumları bu məlumatı təkzib ediblər.

Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.

Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.

Açar sözlər:

Oxunub: 913


Oxşar xəbərlər