“Anadolu”nun itən jurnalistini axtaran xilasediciləri çay apardı

“Anadolu”nun itən jurnalistini axtaran xilasediciləri çay apardı


21:50     17 May 2019 19_05_17_1558113685.jpg

Trabzonun Çaykara kəndinin Dərəbaşı dərəsində çəkiliş zamanı uçuruma düşən “Anadolu” agentliyinin jurnalisti Əbdülqədir Nişancının axtarışları zamanı daha bir bədbəxt hadisə baş verib.

Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 nəfər xilasedici jurnalistin axtarışı zamanı çaya düşüb. Sulara qapılan xilasediciləri tapmaq mümkün olmayıb. Hazırda onların da axtarışları aparılır.

Xatırladaq ki, Nişancı mayın 10-dan uçuruma düşdükdən sonra tapılmır.

Açar sözlər:

Oxunub: 206


Oxşar xəbərlər