Azərbaycanda qadınlar ən çox bu sahədə çalışır
11:33 18 May 2019
“Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır”.
Femida.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, qadınların rəhbər vəzifələrdə çalışdığı ölkələr hər zaman inkişaf edir: “Azərbaycanda elə sahələr var ki, orada işləyən qadınların sayı kişilərin sayından çoxdur. Məsələn, təhsil, mədəniyyət və səhiyyə sahəsində qadınların sayı hər zaman çox olub. Amma yüksək vəzifələrdə daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini azaldır”.
Dövlət Komitəsinin sədri Azərbaycan cəmiyyətində qadınların, o cümlədən gənc qızların özləri üçün xüsusi yer tutmasını arzuladığını söyləyib: “Çünki əhalinin yarısını qadın cinsinin nümayəndələri təşkil edir və qadınlar ölkədə baş verən bəzi proseslərdə iştirak etməsələr, hansı inkişafdan söhbət gedə bilər?! Gender anlayışı təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bəzi ölkələrində də düzgün başa düşülmür".
Femida.az
Oxunub: 417
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Bakıda 39 yaşlı qadını avtomobil vurub
- Bakıda intim münasibət zamanı bədbəxt hadisə - Qadın xəstəxanaya düşdü