“Exit poll”-dan nə xəbər var?
13:42 01 Noyabr 2015
Azərbaycanda keçirilən parlament seçkilərini birgə müşahidə edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkəti artıq “exit poll” keçirdikləri məntəqələrdə fəaliyyətə başlayıblar.
Femida.az xəbər verir ki, bunu Trend-ə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov deyib.
S.Məmmədov qeyd edib ki, rəhbəri olduğu qurum "Artur Filkenşteyn və Assosiasiya" şirkəti ilə birgə 1053 məntəqədə "exit poll" keçirir: ““Exit poll”da 2600 kadr iştirak edir. Əldə etdiyimiz ilkin məlumatlara görə, heç bir insident qeydə alınmayıb. Hər şey qaydasındadır”.
VƏHML sədri vurğulayıb ki, tərəfdaşı olduğu şirkətlə bağlı axşam saatlarında keçirdikləri sorğunun nəticələrini açıqlayacaqlar.
Xatırladaq ki, seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirir.
Oxunub: 740
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR