Maşın oğurladılar - Bir il sonra tapıldı


19:22     20 May 2019 2018/02/hebs-cinayet_1519374033.jpg

Mayın 18-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidov 2018-ci ilin may ayının 18-də “KİA” markalı avtomobilinin oğurlandığını bildirib.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Əhmədov və Ə.Məmmədli avtomobillə birgə saxlanılıblar.

Femida.az

Açar sözlər: #Həbs   #DİN  

Oxunub: 348