“Müsavat” - dan seçki günü təxribat - FOTOFAKT


16:39     01 Noyabr 2015 mus6.jpg

“Müsavat” partiyası başqanının müavini Elman Fəttah seçki günü təxribat törətdi.

Elman Fəttahın şəxsi “facebook” hesabı vasitəsilə paylaşdığı foto əslində ölkədə “Müsavat” -ın növbəti təxribatı kimi yadda qaldı.

Elman Fəttah “screen”-də gördüyünüz bülletenin fotosunu paylaşıb. Təxribat xarakterli materialda deyilir ki, bülleteni seçicilərdən biri “Müsavat”-ın qərargahına gətirib və seçki qutusuna atmaq üçün ona 10 manat pul verib.

Görünür ki, Elman Fəttah öz qeyri-qanuni əməlindən xəbərsizdir. Çünki, qanunvericiliyə əsasən seçki bülletenlərinin məntəqədən kənara çıxarılması qanuna zidd əməldir. Əgər, Elman Fəttah belə bir hadisə ilə qarşılaşıbsa, ilk növbədə hüquq mühafizə orqanlarına xəbər verməli idi.

Lakin görünən odur ki, “Müsavat” partiyası başqanının müavini təxribata əl atmağı daha üstün hesab edib.

Femida.az həmin fotonu oxucularına təqdim edir:



Femida.az

Açar sözlər:

Oxunub: 2007