Azərbaycanda şok hadisə: Eyni gündə dörd 15 yaşlı hamilə xəstəxanaya gətirildi


10:59     24 May 2019 19_05_24_1558681244.jpg

Ağstafa rayonunda şok hadisə yaşanıb.


Femida.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayın 23-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib.

Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 707