Seçicilərin 55.7 faizi səs verib - MSK
00:23 02 Noyabr 2015
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 19:00-a olan nəticələrini açıqlayıb.
Femida.az xəbər verir ki, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 19:00-dək seçicilərin 2 897 188 nəfəri səsvermədə iştirak edib.
Onun sözlərinə görə, saat 19:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 55.7 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 5 198 658 nəfər seçici var.
Oxunub: 971