SOCAR Türkiyəyə 15 milyard dollar sərmayə yatırıb


12:55     30 May 2019 19_05_30_1559206583.jpg


"SOCAR hazırda Türkiyənin ən böyük xarici investorudur. Bu günə qədər şirkətimiz ortaqlarımızla birlikdə Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə yatırıb və bu rəqəmi 19,5 milyard dollara çatdırmağı planlaşdırırıq".


Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı deyib.

R.Abdullayev bildirib ki, STAR zavodunda bütün qurğular artıq işə salınıb və müəssisə tam layihə gücünə çatdırılıb: "Eyni zamanda zavodun məhsulları Türkiyədəki biznesimizin inkişafına yeni təkan verəcək. Qardaş ölkədə BP ilə birlikdə yeni neft-kimya kompleksinin inşası layihəsini nəzərdən keçiririk".

Femida.az.

Açar sözlər: #SOCAR  

Oxunub: 372