Müəllimlərin işə qəbulu üzrə müsabiqə vaxtı açıqlandı


12:26     31 May 2019 160347155ae49bfcc2511437485503_muelli192.jpg

Müəllimlərin işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulu iyunun 24-də başlayacaq.


Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Onun sözlərinə görə, sənəd qəbulu iyulun 4-dək davam edəcək.

"Müəllimlərin işə qəbulu prosesi 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ elektron sənəd qəbulu, ikinci mərhələ
test imtahanı, üçüncü mərhələ vakansiya seçimi və dördüncü mərhələ müsahibədir. 2018-ci ildə 39 min insan, 2017-ci ildə isə 37 min insan test imtahanı mərhələsində iştirak edib".

M.Camalzadə qeyd edib ki, avqustun 26-da müsabiqənin aktiv mərhələsi başa çatacaq. O, əlavə edib ki, müəllimlərin işə qəbulu prosesi bütün tədris ilində davam edir. Cari tədris ilində 4053 nəfər müddətsiz müqavilə ilə işə götürülüb.

"Müsabiqədən sonra tutulmayan yerlər qalır və ya yeni yerlər yaranır. Həmin yerlərə qəbul mərkəzləşmiş şəkildə həyata keçirilir və bu il də proses davam edəcək. Cari tədris ilindən başlayaraq 17 dəfə müxtəlif məktəblərə müddətli müqavilə müəllimlərin işə qəbul həyata keçirilib. Belə müddətli müqavilə ilə 4500 müəllim işə qəbul olunub. Prosesin gedişatı nəticəsində müddətli müqavilə ilə işləyən müəllimlərin müqaviləsi daimiləşir",

Femida.az






Açar sözlər: #Müəllim   #Müsabiqə   #Təhsil-Nazirliyi  

Oxunub: 596


Oxşar xəbərlər