Zelenski öz brendini yaratmağa qərar verib


18:10     31 May 2019 2019/05/0317b641-b17d-43aa-900a-a7ff34738382_1559307463.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski özünün "Zekomanda" brendini və siyasi fəaliyyəti ilə əlaqəli dörd ticarət markasını yaratmağa qərar verib.

Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, V.Zelenski onların rəsmi təsdiqi üçün Ukrayna İntellektual Mülkiyyət İnstitutuna (Ukrpatent) müraciət edib.

Məhsul və xidmətlər üçün işarələrin alınmasına ərizələr üzrə məlumatlar bazasında göstərilib ki, Zelenski "Zekomanda" brendinin, eləcə də "Ze", "Ze!", "Ze2019" və "Zelenskinin komandası" markalarının alınması üçün müraciət edib.

Sənədə əsasən, bu markalardan reklam və təhsil fəaliyyətində, poliqrafiyada və əyləncə sferasında istifadə ediləcək.

Açar sözlər:

Oxunub: 444