Himalay dağlarında alpinistlər qrupu itkin düşüb


12:39     02 İyun 2019 2019/06/4075CD43-4573-4B3E-8743-0678D791D5F4_1559464850.jpeg

Himalay dağlarında itkin düşən səkkiz alpinistin axtrarış işlərinə başlanılıb. Alpinistlər qrupu Hindistanın ən hündür və çətin qalxılan zirvələrindən biri olan Şərqi Nanda Deviyə (7400 metrə yaxın) qalxarkən yoxa çıxıblar.

Söhbət beynəlxalq alpinistlər qrupundan gedir. İtkin düşənlərin arasında dörd britaniyalı, iki amerikalı, bir avstraliyalı və hindistanlı var. Ümumilikdə 12 alpinistin iştirak etdiyi qrup mayın 13-də Munsyari kəndindən çıxaraq, qeyd edilən marşrutla hərəkətə başlayıb. 12 gündən sonra - mayın 25-də yalnız dörd nəfər baza düşərgəyə qayıdıb. Plana əsasən, mayın 26-da bütün qrup düşərgəyə qayıtmalı idi.

Femida.az

Açar sözlər:

Oxunub: 455


Oxşar xəbərlər