İki gimnastımız Dünya Kubokunda qızıl medal qazanıb
17:12 02 İyun 2019
Ötən həftə Osiyekdə (Xorvatiya) idman gimmnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşaraq, estafeti Sloveniyanın Koper şəhərinə təhvil verdi. Təmsilçilərimiz bu yarışda da uğurlu çıxışları ilə fərqlənməyi bacarıblar.
Azərbaycan Gimnastika Federasiyasından Femida.az-a verilən məlumata görə, ötən gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himnimizi qürurla səsləndiriblər.
Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.
Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq, fəxri kürsünün ilk pilləsində qərarlaşıb.
Femida.az
Oxunub: 413
Oxşar xəbərlər
- İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- İki aydır komada olan hərbçi vəfat etdi
- İki gündə toylara görə 16 nəfər cərimələnib
- İki nazirlik Yardımlıdakı yanğınla bağlı məlumat yaydı
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
- İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak oldu
- İki nəfər evdə halsız vəziyyətdə tapıldı
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM