İki uşağı birdən öldürdü - Azərbaycanda dəhşətli qəza (VİDEO)


14:43     03 İyun 2019 2019/06/usaq-qezada_1559558642.jpg

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum Əbülfət Vəliyev həyat hekayəsindən danışılıb.


Femida.az xəbər verir ki, Əbülfət Vəliyev – Cəzası 7 il: 3 ay: “Hər zaman sürücülüklə və əkin-biçinlə məşğul olmuşam. Tovuzda bir dostum var idi. Saat 5 üçün məni toya çağırdı. O gün saat 4-ə 15 dəqiqə qalırdı. Mən hazırlaşıb geyindim və getdim. Çatdım, ev sahibi məni qarşıladı, keçin əyləşin dedi. Oturdum bir qismət çörək yedim. Özümün də işi var idi deyə, 6-ya 15 dəqiqə qalmış durdum. Ev sahibinə dedim ki, işim var, məni yola salın, maşınım nasazdı, ustalara göstərib gedim.




Vidalaşıb, çıxdım. Kəndin axrıncı küçəsindən qəfil 2 uşaq qabağıma çıxdı. Biri qız idi, digəri oğlan. Qız qabaqdan qaçırdı, oğlan da arxasından. 47 ilin sürücüsü olmuşam, mənim gəzmədiyim yer demək olar qalmayıb. O günədək heç vaxt bir maşın vurmamışdım, nə də şərait yaratmamışdım ki, arxadan hansısa bir maşın məni vursun. Arxivim gül kimi təmiz idi. Amma, əfsuslar olsun ki, 25-i, həmin gün mən qatil siyahısında arxivə düşdüm. Bunu heç vaxt istəməzdim, aciz qaldım. Qəflətən çıxdılar qabağıma, vurdum. Sonra dayandım, maşından düşüb baxanda gec idi, uşaqlar asvaltda canlarını tapşırmışdı. Dayıoğlu, bibiqızı idilər. Dedim uşaqları maşına qoyum, xəstəxanaya çatdırım. Gördüm dəmiryol tərəfdən kişilər, qadınlar mənə tərəf qaçırlar. Bir anlıq fikirləşdim ki, xoşagəlməz hadisə baş verə bilər. Ona görə də hadisə yerini tərk etdim və evə gəldim. Oğlum, qızım, yoldaşım hamısı evdə idi. Maşını görən kimi ağlaşma başladı. Nolub dedilər? Dedim, 2 uşaq vurmuşam. Ondan sonra kədərli günlər başladı. Yarım saat keçdi. Oğluma dedim ki, mənimlə gedək, polisə təslim olum. Oğlum da əynini geyindi, elə darvazanı açırdı ki, polislər məni götürüb apardılar. Uşaqların 10-12 yaşları var idi. Bəlkə də onların ailəsindən çox mən ağlayıram. Uşaqların yaslarını keçirməyə kömək etdik. Pis vərdişlərdən uzağam, nə siqarət çəkirəm, nə də içki içirəm. Şeytan məni yolumdan ayırdı. Kaşki, gəldiyim yoldan qayıdardım, məni başqa maşın vurardı, dünyamı dəyişərdim. Çünki, mən nə qədər olmasa da həyatımı yaşamışdım. Amma o 2 gəncin gələcəyi var idi”.

Açar sözlər:

Oxunub: 519