Türkiyə vətəndaşları Bərdədə adam döydü


22:45     03 İyun 2019 doymek17.jpg

Bərdə rayonunda iki Türkiyə vətəndaşı maye qaz doldurma stansiyasına hücum edərək operatora xəsarət yetiriblər.

Hadisə Heydər Əliyev prospektində yerləşən maye qaz doldurma stansiyasında qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, günorta saatlarında iki nəfər "Niva" markalı avtomobil ilə məntəqəyə gələrək oranın Akif adlı operatoruna daş və dəmir alətlə xəsarət yetiriblər.

Yaralı oğlan ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. / Report

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 779