Azərbaycanda iki qardaşın öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı
10:10 04 İyun 2019
Şamaxı şəhərində 2 qardaşın öldüyü dəhşətli qəzanın videosu yayılıb.
Femida.az xəbər verir ki, görüntülərdən məlum olur ki, qəzanı törədən “Niva”nın sürücüsü yolun əks tərəfindən nəqliyyat vasitəsinin gəlib-gəlməməsinə əmin olmadan əks zolağa çıxıb. Bu zaman qarşı yoldan gələn “Shacman” markalı yük maşını 2 qardaşın olduğu avtomobil vurub. Sürücü və qardaşı hadisə yerində vəfat edib.
Qeyd edək ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil fermer təsərrüfatını idarə edirmiş.
Onlar iyunun 1-də yaşadıqları evə gedərkən - əsas yoldan məhəlləyə dönərkən maşının yük avtomobilinin altında qalması nəticəsində vəfat ediblər.
Hər iki şəxs dünən doğulduqları Şamaxının Quşçu kənd qəbiristanlığında yanaşı dəfn ediliblər.
Qeyd edək ki, vəfat edən qardaşların ikisi də ailəli olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 745
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib