Gənclər Fondunun Müşahidə Şurası iclas keçirdi
12:39 04 İyun 2019
Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ikinci iclası keçirilib.
Femida.az-ın məlumatına görə, iclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilmiş və Gənclərin Məşğulluq Proqramı, Xaricdə Təhsil Proqramı, GəncLik və YayFest proqramları, 2019-cu ilin birinci yarısında görülmüş işlər barədə hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra 2019-cu il üzrə Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib, gənclər təşkilatları üçün XII qrant müsabiqəsinin mövzuları müəyyən edilib. XII qrant müsabiqəsinin 4 iyun 2019-cu il tarixindən elan olunmasına qərar verilib.
İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin, Müşahidə Şurasının üzvləri – Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
- Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib - SİYAHI
- Gənclər və idman naziri yeni idarə rəisi təyin edib
- Gənclər və İdman Nazirliyində yeni təyinat olub
- Gənclər və İdman Nazirliyində üç yeni təyinat olub
- Gənclər və idman nazirinin müavinləri işdən çıxarılıb, yeniləri təyin olunub
- Gənclər və könüllülər Ağdam Cümə məscidində olublar
- Gənclər arasında narkotik satan 6 nəfər saxlanıldı
- Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
- Gənclər “Könüllü gömrükçü” dəstəsinə cəlb edilir