BMT-nin Baş katibi İlham Əliyevə məktub yazıb
16:31 04 İyun 2019
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın xəbərinə görə. məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. “Biz - xalqlar” şüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini və insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.
Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi və daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Femida.az
Oxunub: 419
Oxşar xəbərlər
- BMT-nin Baş katibi Ukraynada səfərdədir
- BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
- BMT-nin Baş katibi Ukraynadakı vəziyyətlə bağlı dünya ictimaiyyətinə çağırış edib
- BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub
- BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib
- BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
- BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
- BMT-nin Ali Komissarı Ermənistanın hücumlarını pislədi
- BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının nümayəndələri ilə Vəkillər Kollegiyasının rəhbərliyi görüşüb
- BMT-nin Baş katibi İlham Əliyevə zəng etdi