Polis 3 yaşlı Zəhranı tapıb


14:30     06 İyun 2019 2019/06/66677901-BFA7-4EF6-B902-9CC0C6F296F8_1559817257.jpeg

Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə polisin intensiv axtarışları nəticəsində tapılıb.

Femida.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi Elşad Hacızadə məlumat verib.

Hazırda hadisənin təfərrüatı öyrənilir.

Qeyd edək ki, 2 gün əvvəl Sabunçu rayonu, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Rəsul qızı Bağırzadə itkin düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 363