121 min hektar ərazidə taxıl biçilib


12:06     07 İyun 2019 19_06_07_1559894954.jpg

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Femida.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

İyunun 7-nə olan operativ məlumata görə, ölkə ərazisində 120963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119001,5 hektar ərazidə arpa, 1962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 351958,7 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Ən aktiv biçin prosesi Aran rayonlarında və əsasən dəmyə əkilmiş ərazilərdə aparılır. Kürdəmir rayonunda 29926 hektar arpa sahəsinin 26937 hektarı artıq biçilib. Neftçalada 21590 hektar, Biləsuvarda 10360 hektar, Sabirabadda 6136 hektar, Cəlilabadda 3620 hektar, sahədə arpa biçini yekunlaşıb. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Femida.az

Açar sözlər: #iqtsadiyyat   #kənd_təsarrüfatı  

Oxunub: 586


Oxşar xəbərlər