Qazaxıstanda “sükut günüdür”
14:41 08 İyun 2019
Bazar günü ümumxalq səsverməsi yolu ilə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Qazaxıstanda seçkiöncəki təşviqata qadağa artıq qüvvəyə minib.
Şənbə günü gecəyarıdan başlayaraq, "sükut günü" elan olunur. Bu gün prezident postuna olan namizədləri dəstəkləmək üçün aparılan istənilən təşviqat kampaniyası qadağa olunur. Bu qadağa seçki günü də qüvvədə olacaq. Lakin şəhərlərdə və yaşayış məntəqələrində artıq yerləşdirilmiş siyasi reklam plakatları əvvəlki yerlərində qala bilərlər. Əsas odur ki, seçki məntəqələri yaxınlığında heç bir təşviqat məhsulu olmasın.
Xatırladaq ki, martın 19-da Nursultan Nazarbayev dövlət başçısı postundan imtina etdiyini bildirmişdi. Bununla yanaşı həmin an üçün Senata (parlamentin yuxarı palatası) rəhbərlik edən Kasım-Jomart Tokayevi isə özünün xələfi elan etmişdi.
Qeyd edək ki, hazırda 66 yaşlı Tokayevlə yanaşı, Qazaxıstan prezidenti postu uğrunda daha altı namizəd mübarizə aparır.
Femida.az
Oxunub: 524
Oxşar xəbərlər
- Qazaxıstanda yanvarın 10-u matəm elan olunub
- Qazaxıstanda telekanal əməkdaşı iğtişaşlar zamanı həlak olub
- Qazaxıstanda iğtişaşlarda həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb
- Qazaxıstanda səkkiz təhlükəsizlik əməkdaşı həlak olub
- Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanılıb
- Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb
- Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb
- Qazaxıstanda matəm elan olunub
- Qazaxıstanda hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 9-a yüksəlib
- Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub