Azərbaycanda “Qaloş piri” biabırçılığı: Başlarına sürtüb, şəfa gözləyirlər


17:15     09 İyun 2019 2019/06/76A78AFB-16C5-4A7F-8504-E6894C284E2F_1560086069.jpeg

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda "Qaloş piri" deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Femida.az xəbər verir ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Femida.az

Açar sözlər:

Oxunub: 783