Traktorla dənizə girdi, çıxa bilmədi - Bakıda


16:10     03 Noyabr 2015 426da9f6f4b2ae16fd2d900529562678.jpg

FHN Bakıda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər (sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarətsiz ərazidə) traktorla dənizə girib suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməyib.

Boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 05:15-də başa çatıb.

Açar sözlər:

Oxunub: 982


Oxşar xəbərlər