Polis Akademiyasına qəbul elan edildi


13:47     11 İyun 2019 2019/06/polih_1560246598.jpg

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsil üzrə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.


Femida.az xəbər verir ki, müsabiqədə Dövlət İmtahan Mərkəzində l ixtisas qrupu üzrə keçirilmiş imtahanda 350 və daha yuxarı bal toplamış, Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan vətəndaşları sırasından oğlanlar iştirak edə bilər.

Sənədlərin qəbulu 2019-cu il iyun ayının 28-dək hər gün (bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin inzibati binasında həyata keçirilir.

Ətraflı məlumatı DİN-in saytından əldə edə bilərsiz.

Femida.az

Açar sözlər:

Oxunub: 1002