Tanınmış siyasətçisinin meyiti tapıldı


19:39     03 Noyabr 2015 a.PNG


İraq Milli Konqres Partiyasının sədri, ölkənin tanınmış siyasətçisi Əhməd Rüştü əl-Çələbinin meyiti evində aşkar edilib.

Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ə.Çələbinin meyiti noyabrın 3-də yerli vaxtla səhər saatlarında Bağdadın Kazimiyyə məhəlləsində yaşadığı mənzildə aşkar edilib. Onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Ə.Çələbi İraqda Səddam Hüseyn hakimiyyətinə qarşı kəskin mövqe nümayiş etdirən müxalifətçi sayırlırdı. O, hətta, S.Hüseyn devrildikdən sonra az müddətə də olsa İraq hökumətinə başçılıq edib.
Ötən il isə əl-Çələbinin adı Heydər əl-İbadidən öncə baş nazir postuna namizədlərin sırasında hallanırdı.
O, İraq parlamentində Maliyyə Komissiyasının sədri idi.

Açar sözlər:

Oxunub: 1077