Səlim Müslümova yeni vəzifə verildi
09:21 13 İyun 2019
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.
Femida.az xəbər verir ki, sabiq nazir Modern.az-a açıqlamasında faktı təsdiqləyib. Yeni işində həmişə olduğu kimi, Azərbaycana, dövlətçilik ənənələrinə xidmət edəcəyini vurğulayıb.
Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.
Səlim Müslümov 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Eks-nazir iqtisad elmləri doktoru, professordur.
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Səlim Müslümov ev dustaqlığına buraxılıb
- Səlim Müslümovun həbs müddəti yenidən uzadılıb
- Səlim Müslümovun həbs müddəti daha 3 ay uzadılıb
- Səlim Müslümovun həbs müddəti daha 3 ay uzadılıb
- Səlim Müslümovun həbs müddəti 3 ay uzadılıb
- Məhkəmə Səlim Müslümovla bağlı qərar verib
- Səlim Müslümovu hansı cəza gözləyir?
- Məhkəmə Səlim Müslümov həbsi ilə bağlı qərar verdi
- Səlim Müslümova yeni vəzifə verildi
- Səlim Müslümov: “Şərəflə, namusla işləmişəm”