Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək
09:24 13 İyun 2019
Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.
Oxu.Az xəbər verir ki, qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.
Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.
Peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür.
Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.
Oxunub: 1899
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"