14 yaşlı qız atasından hamilə qalıb - Həbs edildi


13:59     17 İyun 2019 2019/06/97D6C009-D865-4960-A06C-0F553552E6C5_1560766111.jpeg

Türkiyədə 14 yaşlı qızını hamilə edən ata həbs edilib.

Femida.az aznews.az-a istinadən xəbər verir ki, Aydının Çine ilçəsində 14 yaşlı bir qızın 7 aylıq hamilə olduğu məlum olub.

İddiaya görə, 14 yaşlı C.K-nın qarnının böyüdüyünü görən qohumları şübhələnərək onu xəstəxanaya aparıblar. Yoxlanışlardan sonra C.K-nın 7 aylıq hamilə olduğu məlum olub.

Polis ailə üzvləri və C.K ilə danışdıqdan sonra şübhəlinin ata Salih K. olduğunu aşkarlayıb.

Salih K. polisin keçirdiyi əməliyyat nəticəsində evində tutulub. Polis bölməsində günahını etiraf edən ata "cinsi istismar etmək"də təqsirli bilinərək bu gün məhkəmədə həbs edilib.

C.K isə məhkəmə qərarı ilə dövlət qorunmasına alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 481