Buraxılış imtahanının nəticələri açıqlandı
19:03 18 İyun 2019
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.
DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 32827 şagirddən 561 nəfəri imtahana gəlməyib. 12 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
Femida.az
Oxunub: 482
Oxşar xəbərlər
- Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? - AÇIQLAMA
- Buraxılış imtahanında maksimal bal toplayan abituriyentlərin adları açıqlanıb
- Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək
- Buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlandı
- Buraxılış imtahanlarının nəticələri açıqlandı
- Buraxılış imtahanında bir nəfər maksimum bal toplayıb
- Buraxılış imtahanına gəlməyənlərin sayı açıqlanıb
- Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
- Şagirdlərin DİQQƏTİNƏ! - Buraxılış imtahanlarında ediləcək yeniliklər
- Buraxılış imtahanlarından narazı qalanların NƏZƏRİNƏ!