Dünyada qaçqınların sayı 71 milyona çatır


12:36     21 İyun 2019 19_06_21_1561106251.jpg


Dünyada evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının 70,8 milyona çatıb.

Femida.az xəbər verir ki, bu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında yer alıb. Qaçqınlar əsasən müharibə, münaqişə və işgəncələr səbəbiylə öz evlərini tərk edib.

Qeyd edək ki, bu rəqəm tarixdə ən yüksək göstəricidir. Qaçqınların sayı 2017-ci ilə nisbətlə 2,3 milyon artıb. Bu 20 il əvvəllə müqayisədə ikiqat çoxdur. Hesabata əsasən, hər gün orta hesabla 37 min nəfər evlərini tərk edir.

1992-ci ildə hər 1000 nəfərdən 3,7-i qaçqın düşürdüsə, 2018-ci ildə bu rəqəm 9,3-ə çatıb. 2018-ci ildə qaçqınların sayı əvvəlki illə müqayisədə 500 min nəfər artıb. Evlərini tərk edənlərin 41,3 milyonu eyni ölkə içində köç edənlərdir.

Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somali sakinləri dünyadakı qaçqınların üçdə ikisini təşkil edir. Suriya 6,7 milyon qaçqınla, Əfqanıstanı 2,7 milyon qaçqınla ikinci yerdədir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #BMT   #qaçqın  

Oxunub: 380