Fizika müəlliməsini öldürənlər tutulub


16:31     04 Noyabr 2015 498.jpg

Beyləqanda müəlliməni öldürməkdə şübhəli bilinən şəxslər tutulub.


Femida.az xəbər verir ki, noyabrın 1-də Beyləqan şəhəri Üzeyir Hacıbəyov küçəsində yaşayan, Beyləqan şəhər 3 saylı orta məktəbin fizika müəllimi 1958-ci il təvəllüdlü Quliyeva Səbahət Qəhrəman qızının meyiti evdə aşkarlanıb. Onun həyat yoldaşı Quliyev Natiq Nadir oğlu isə koma halında olub.

Daxili İşlər Nazirliyinin (DİN) Beyləqanda baş vermiş hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, noyabrın 1-də Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və arvadı Səbahətə küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib. Səbahət hadisə yerində ölüb, N. Quliyev isə xəstəxanaya yerləşdirilib.

Artıq qətlə yetirilən fizika müəlliməsi Səbahət Quliyevanın həyat yoldaşı Natiq Quliyev komadan çıxıb.

N. Quliyev komadan ayılandan sonra qətl hadisəsi barədə istintaqa ifadə verib və onun ifadəsi əsasında qətldə şübhəli bilinən bir neçə nəfər tutulub.

Hazırda Beyləqan rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hadisənin təfərrüatları məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 1346