Qarabağ erməniləri şokda: "Bir anlıq fikirləşdik ki, Azərbaycan hücuma keçib"
14:57 22 İyun 2019
Azərbaycan şirkətləri erməni mobil şirkətlərinin ötürücü qurğularını iflic vəziyyətinə salıb
Artıq işğal altında olan Qarabağda yaşayan ermənilər mobil rabitədən istifadə edə bilmirlər.
İki gündür işğal edilmiş Qarabağda qanunsuz olaraq fəaliyyət göstərən erməni mobil şirkətlərinin ötürücü qurğuları iflic vəziyyətinə düşüb. Erməni abonentlərin telefonunda yalnız "Azersell”, "Baksell” və "Nar Mobile” şəbəkəsi göstərilir.
Femida.az xəbər verir ki, informasiya təhlükəsizliyi sahəsində çalışan erməni mütəxəssislər artıq bu çətinliyin öhdəsindən gələ bilmirlər.
İnformasiya təhlükəsizliyi üzrə erməni mütəxəssisi Samvel Martirosyan erməni mətbuatına açıqlamasında bunu belə izah edib:”Azərbaycan mobil operatorları gücləndirilmiş ötürücü qurğulardan istifadə edir. Məhz bu səbəbdən Qarabağda iki gündür yalnız "Azersell”, "Baksell” və "Nar Mobile” şəbəkəsini tutmaq mükündür. Bu bizim mobil operatorlarımızın bərbad işinin nəticəsidir”.
Qarabağda yaşayan ermənilər bu hadisədən şoka düşdüklərini bildiriblər. Sosial şəbəkədə bu barədə yazan erməni bloqqer Robert Dilicanyan bu hadisəni belə şərh edib: "Hər kəs qorxu içindədir. Şuşada belə telefonla danışmaq mümkün deyildi. Azərbaycanın hücum etməsi qorxusu bizi məhv edib. Bir anlıq elə fikirləşdik ki, Azərbaycan ordusu yenə hücuma keçib."
Oxunub: 776
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"