Samuxda qan töküldü - 56 yaşlı kişi bıçaqlanıb


12:09     25 İyun 2019 qiz-bicaq.jpg

Samuxda bıçaqlanma olub.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 56 yaşlı Kərimov Əlirza mübahisə zəminində naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 56 yaşlı kişi əməliyyat olunub onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Cinayəti törədən şəxs və şəxslərin tutulması istiqamətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 369