Zığda fərdi yaşayış evləri yanır - TƏCİLİ


14:07     26 İyun 2019 yangin_38673636.jpg

Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.

Femida.azın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 431