“Lombardlar haqqında” qanun hazırlanıb

“Lombardlar haqqında” qanun hazırlanıb


14:38     27 İyun 2019 lombard.jpg

“Lombard sektorunda olan neqativliyin çoxluğunu nəzərə alaraq, səmərəliliyin və sui-istifadə hallarının qarşısını almaq üçün "Lombardlar haqqında" qanun layihəsi hazırlanıb”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə yeni hazırlanan "Lombardlar haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkədə qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti müəyyən edilsə də, onların təxminən yarısı aktiv fəaliyyət göstərir.

“Aktiv fəaliyyətdə olan lombardların 250-yə yaxını fiziki şəxslərindir. Ötən il ölkədə fəaliyyət göstərən lombarlardan büdcəyə daxil olan vergilərin məbləği 938 min manat olub. Qanunun tənzimlənməsi ilə lombardların dövlət büdcəsinə ödəyəcəyi vergilərin həcmi artacaq”, - deyə komitə sədri vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 151


Oxşar xəbərlər